Ümumi Suallar
Orbita MTK neçə ildir fəaliyyət göstərir?
Orbita MTK 2003-cü ildən Bakı şəhərində yaşayış kompleksləri inşa edir. Bu müddət ərzində Nizami, Binəqədi və Nəsimi rayonlarında 8 layihə həyata keçirilib və minlərlə ailə mənzil sahibi olub.
Mənzillər üçün kredit və ya ipoteka şərtləri varmı?
Bəli, bütün layihələrimizdə mənzillər kredit və ipoteka şərtləri ilə əldə edilə bilər. Konkret şərtlər və tələb olunan sənədlər barədə ətraflı məlumatı satış ofisimizdən ala bilərsiniz.
Tikililər zəlzələyə davamlıdırmı?
Bəli, bütün Orbita MTK layihələri 9 bal gücündə zəlzələyə davamlı olacaq şəkildə layihələndirilib və inşa edilib.
Mənzillərdə qaz təminatı varmı?
Bəli, Orbita MTK-nın bütün layihələrindəki mənzillərdə mərkəzi qaz təminatı mövcuddur.
Hansı rayonlarda layihələriniz var?
Hazırda Nizami rayonunda (Qara Qarayev 1, 2, 3, Çobanzadə, Neftçilər), Binəqədi rayonunda (9 MKR 1, 9 MKR 2) və Nəsimi rayonunda (Tərəqqi) layihələrimiz mövcuddur. Bütün layihələrə "Layihələr" bölməsindən baxa bilərsiniz.
Satış ofisi haradadır, necə əlaqə saxlaya bilərəm?
Satış və Marketinq ofisimiz Əlif Hacıyev 46 ünvanında, Qara Qarayev metrosu yaxınlığında yerləşir. Bizimlə 012-520-40-70 və ya 050-791-40-70 nömrələri, yaxud info@orbita.az e-poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.